Avtoreyd.az bildirir ki, Kaliforniyada çimərliyə ləpələr böyük kruiz laynerinin qalıqlarlarını çıxarıb. Fraqmentlərin itkin düşdüyü hesab edilən Rusiyaya aid müəmmalı “Lyubov Orlova” gəmisinə aid olduğu guman edilir.

Layner kannibal-siçovullar yoluxdurulmuş ola bilər. Ekspertlərin fikrincə, gəmidə on minlərlə siçovul var.

“Lyubov Orlova” kruiz gəmisi 1976-cı ildə SSRİ-in sifarişi ilə hazırlanıb, 1999-cu ildə isə yenilənərək satılıb.

“Lyubov Orlova” layneri 2013-cü  ildə yedəyə alınaraq Kanadaya doğru üzərkən buraz (tros) qırılıb və gəmi ekipajsız və siqnal atəşləri olmadan açıq dənizdə dreyfə başlayıb.

Alternativ versiyaya əsasən isə qalıqlarlar, başqa gəmiyə – otuzuncu illərdə hazırlanan neft tankerinə aid ola bilər.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.