Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə yolun Göygöl rayonu Balçılı kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2106”-da olan Xaçmaz rayon sakini Hikmət Osmanov, Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Tarzan Abdullayev və 1994-cü il təvəllüdlü Kamil Musayev olduğu bildirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.