Avtoreyd.Az Hadisə Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artır (Video)

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artır (Video)


Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

İsgəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultanın sözlərinə görə, qəzaya maşinistin səhvi səbəb olub. “Maşinistlərdən biri yola növbəti qatar daxil olduqda semaforun qadağan siqnalını görməyib”, deyə M.Sultan bildirib.

Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=fkZsbR8sU3o

Related Post