Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 20 yaşlı Cavid Musayevi vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.