Avstraliya kənd təsərrüfatında robot və pilotsuz təyyarədən istifadə edəcək.

AvtoReyd.Az Publika.az-a istinadən məlumat verir ki, Avstraliya “Mantis” və “Shrimp” adlı kənd təsərrüfatı robotlarını artıq sınaqdan keçirib. Robot və pilotsuz təyyarə meyvənin yetişməsini, torpağın suya və ya gübrəyə ehtiyacını yoxlayacaq. Bununla Avstraliya əlavə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq niyyətindədir.

“Mantis” və “Shrimp” robotlarının yaradıcısı Salah Sukkarinin sözlərinə görə, robotlar suvarma və məhsulun yığılması kimi missiyaları yerinə yetirəcək. Robotlar sensor, lazer və radarla təchiz olunub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.