Avtoreyd.Az Hadisə Bakı metrosunda İNANILMAZ HADİSƏ: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Bakı metrosunda İNANILMAZ HADİSƏ: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi


Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.

“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

“Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, – deyə Nəsimi Paşayev bildirdi.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.

AvtoReyd.Az

Related Post

Bakıda qaydanı pozan sürücünün törətdiyi qəzanın görüntüləri – VİDEOBakıda qaydanı pozan sürücünün törətdiyi qəzanın görüntüləri – VİDEO

Bakıda avtomobil qəzası baş verib. AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, hadisə Sumqayıt-Novxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Akif Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil köməkçi yoldan yol nişanının tələblərinə riayət etməyərək əsas

“Tarqovı”da şok görüntülər: Sahibinin əlindən çıxan it körpə uşağı parçaladı +18 – VİDEO“Tarqovı”da şok görüntülər: Sahibinin əlindən çıxan it körpə uşağı parçaladı +18 – VİDEO

Xüsusilə şəhərin mərkəzində parklarda it gəzdirən vətəndaşlar çox vaxt təhlükəsizlik qaydalarına riayət etmirlər və itləri buruntaqsız gəzdirirlər. Elə indi təqdim edəcəyimiz görünütlərdə də buruntqasız bir uşağa hücum etdiyini görəcəksiniz. Qaydalara