Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun məlumatına görə, qəza yolun 13-cü km-də qeydə alınıb.

“Niva” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin – Şəmkir rayon Morul kənd sakini, 1959-cu il təvəllüdlü Zeynəb Salmanova və 1963-cü il təvəllüdlü Xanım Sadıqovanın vəziyyəti orta-ağır, digər iki nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=oh_YV2Pedkw

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.