Neftçalada minik avtomobili traktorla toqquşub.
AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, haidsə rayonunun Xolqarabucaq kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 64 yaşlı İbad Rzayev idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən 25 yaşlı həmkəndlisi Şamil Quliyevin idarə etdiyi traktorun avtomobilə doğru hərəkət etdiyini görüb və “jiquli”nin sürücüsü avtomobillə toqquşacağını görərək avtomobilin qapısını açıb yerə tullanmaq istəyib.
Bu zaman o, traktorun altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
