Şəkidə yanğınla nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki şəhərində “Qazel” markalı yük avtomobili  idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanıb Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.