Çəkdiklərimiz

Şəhərin mərkəzində nömrəsiz Lexus qaydaları belə pozur (Video)

Etiraf edək ki, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması adi haldır. Həm piyadalar, həm də sürücülər tez-tez və ən kobud şəkildə qaydaları pozurlar.
Maraqlıdır ki, qoşa xəttin kəsilməsi ən kobud qayda pozuntularından sayılsa da, Azərbaycanda yollardakı qoşa xəttlərin üzərindəki təkər izləri bu qaydaya riayətin hansı dərəcədə olduğunu göstərir.

AvtoReyd.Az xəbər verir ki,bir neçə gün bundan əvvəl şəhərin mərkəzində  Nərimanov rayonu  Koroğlu Rəhimov küçəsində Qara rəngli  Lexus markalı avtomobil körpünün üzərindən qoşa xətti kəsərək qəza şəraiti yaradaraq diqər tərəfə hərəkət edir.Adətən o ərazidə YPX-əmədaşları olur,amma bu dəfə onların gözündən yayına bilib.Ən maraqlısı odur ki,qayda pozasan özüdə dövlət nömrə nişanın olmasın.Görəsən nəzarət edən qurum buna diqqət yetirir? Bir neçə il bundan əvvəl yaradılan “Təhlükəsiz Şəhər” sisteminin videomüşahidə kameraları vasitəsi ilə minlərlə belə görüntü qeydə alınır,nəzərinizə çatdırım ki,kamera yolun kənarında quraşdırılıb. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılır və göstərilən səbəblər aradan  götürülənədək müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərir. Cəriməyə gəldikdə isə,iki qayda pozuntusundan ən yüksəyi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7 maddəsinə görə dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə dörd cərimə balı və altmış manat məbləğində cərimə edilir.AvtoReyd.Az bu görüntünü sizə təqdim edir:

 

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again