Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən yaşlı kişini Etibar İsgəndərovun idarə etdiyi “90-ZR-927” dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil vurub.
Piyada hadisə yerində keçinib. Sürücü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.