Avtoreyd.Az Hadisə Qız qaçıran şəxslərin avtomobili su kanalına düşüb

Qız qaçıran şəxslərin avtomobili su kanalına düşüb


Samuxda avtomobil su kanalına düşüb.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər “VAZ-2107” markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Türkiyədə tramvay qəzasıTürkiyədə tramvay qəzası

Türkiyənin İstanbul şəhərində “Eyüpsultan Topçular” stansiyasında bir tramvay digərini arxadan vurub.  AvtoReyd.Az bildirir ki, hadisə nəticəsində biri maşinst olmaqla 13 sərnişin yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi araşdırılır. /Qafqazinfo