Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub öldürüb.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəranda sahil parkında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.