“Avtovaz” “Lada Vesta SW” və onun yolsuzluq versiyası “Cross”un rəsmi qiymətlərini elan edib. Bu haqda şirkətin öz saytında məlumat verilib.

“Lada”nın rəsmi dilerləri “Lada Vesta SW” və “Lada Vesta SW Cross” avtomobilləri üçün sifarişləri sentyabrın 19-dan etibarən qəbul etməyə başlayıblar. Avtomobilin dəyəri 11 min dollardan başlanır.

Bu marka avtomobillər 3 komplektasiyada mümkün olacaq – “Comfort”, “Luxe” və “Prestige”. “Prestige”in dəyəri 12 min dollardan başlanır. “Lada Vesta SW Cross” həmçinin “Luxe” komplektasiyasında buraxılır ki, maşının dəyəri – 13 min dollardan başlanır.

Qeyd edək ki, “Lada Vesta SW” və “Cross” versiyalarının istehsalı 11 sentyabrda İjevsk zavodunda başlandı.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.