Türkiyənin Kocaeli bölgəsində tikintidə işləyən 34 yaşlı Sinan Ulduz ehtiyatsızlıq səbəbindən 3-cü mərtəbədən yıxılıb.

AvtoReyd.Az xəbər verir ki, dəmirlərin üzərinə düşən kişi ağır yaralanıb. 2 metrlik dəmir onun qarın hissəsindən girib, baş nahiyyəsindən, kəllə sümüyünün ön tərəfindən çıxıb. Hadisə yerinə gələn fövqalədə halların işçiləri dəmiri kəsib və kişini bədənində qalan dəmir parçası ilə xəstəxanaya aparıblar.

2 uşaq atası təcili olaraq Kocaeli Dövlət Xəstəxanasına çatdırılıb. Əməliyyatla dəmir çıxarılıb. Xəstənin vəziyyətinin yaxşı olduğu deyilib.

Publika.az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.