Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, “Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.

Qəza zamanı “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Xəsarət alan şəxslər:

Sürücü – 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev

Sərnişinlər – 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev

1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva

2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə

2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə

2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə

Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.