Avtoreyd.Az Dörd çarx “Baksol” yolunda dayanacaq yoxdur – 300-dən çox ailə çətinlik çəkir – VİDEO

“Baksol” yolunda dayanacaq yoxdur – 300-dən çox ailə çətinlik çəkir – VİDEO


300-dən çox ailənin yaşamasına baxmayaraq ətrafda bir dənə də dayanacaq yoxdur.

Xezerxeber.az-ın məlumatına görə,söhbətpaytaxtın Binəqədi rayonu, Məmmədəmin Rəsulzadə qəsəbəsindən keçən “Baksol” yolunundandır. Yolun kənarındakı yaşayış massivinin sakinləri ərazidə sərnişin avtobusunu gözləmək üçün dayanacaqların olmamasından şikayətçidir.

Qəsəbə sakinlərinin əziyyət çəkdiyi digər bir məsələ isə ərazidə olan piyada keçidi xətlərinin silinməsidir.

Ərazidəki dayanacaq problemi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev bildirdi ki, əraziyə dayanacaqların qoyulması üçün artıq baxış keçirilib.

Piyada keçidinin silinməsi məsələsinə gəldikdə isə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dedi ki, hazırda ərazidə təmir-tikinti işləri aparılır və işlər yekunlaşdıqdan sonra yolda lazımi yol hərəkət nişanları və işarələri yenilənəcək.

Related Post

Ötən il 52 kənd və qəsəbələrarası yolda tikinti və yenidənqurma işləri görülüb (Foto)Ötən il 52 kənd və qəsəbələrarası yolda tikinti və yenidənqurma işləri görülüb (Foto)

2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, 14 respublika əhəmiyyətli

DİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər – VİDEODİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər – VİDEO

Özünüzün də xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər. Xezerxeber.az-ın məlumatına görə, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar.