Goranboy rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”un Qərb bürosununa istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

Belə ki, yüksək sürətdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin digər maşınla toqquşması nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı daha iki nəfər isə yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.