Avtoreyd.Az Gündəm Bu gecə Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq

Bu gecə Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq


Bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətləri çəkiləcək.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AvtoReyd.Az a daxil olan məlumata görə, qeyd edilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

“Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”, – məlumatda deyilir.

Related Post

Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilibAzərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AvtoReyd.Az-a verilən xəbərə görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı