Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.

AvtoReyd.Az-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. “Hyundai” markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla “Combi” markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.