Avtoreyd.Az Hadisə Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var – VİDEO

Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var – VİDEO


AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində, Nəsimi Rayon Polis İdarəsinin qarşısında Sərxan Namazov idarə etdiyi “Chevrolet” markalı avtomobillə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi yol kənarında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Vəliyev Nizami Yusif oğlunun idarə etdiyi “VAZ-21012” markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, “VAZ-21012” markalı avtomobil qarşısında hərəkətsiz vəziyyətdə dayanan “Priora”-ya çırpılıb. Nəticədə “VAZ-21012”-də olan üç sərnişin və “Chevrolet”in sürücüsü S.Namazov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır

Related Post

Mingəçevir-Aran yolunda minik avtomobili traktorla toqquşub, ölən və xəsarət alanlar varMingəçevir-Aran yolunda minik avtomobili traktorla toqquşub, ölən və xəsarət alanlar var

Mingəçevir-Aran avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az APA-nın yerli bürosununa istinadən xəbər verir ki, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb. “VAZ-21012” markalı minik avtomobili qarşı tərəfdən gələn