Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri 20-25 yaşlı Rusiya vətəndaşıdır.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Xidmətin əməkdaşları ölənlərdən birinin – sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.