Avtoreyd.Az Hadisə Baş nazirin müavini DƏHŞƏTLİ QƏZADA ÖLDÜ – FOTO

Baş nazirin müavini DƏHŞƏTLİ QƏZADA ÖLDÜ – FOTO


Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzası nəticəsində vəfat edib.

AvtoReyd.Az Publika.az-a istinadən xəbər verir ki, oktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

İnformasiyaya əsasən, hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü vəfat ediblər.

Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.

Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi ilə bağlı heç bir ehtimal irəli sürülməyib.

Related Post

Parisdə motosikletçilər bir qrup şəxsə  atəş açıb, yaralanan var-YenilənibParisdə motosikletçilər bir qrup şəxsə  atəş açıb, yaralanan var-Yenilənib

Fransanın yerli KİV-i, hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yaydıqları məlumatda bildirilir ki, Paris şəhəri ətrafında baş verən atışma terror hücumları ilə əlaqəli deyil. Hazırda polislər kriminal münaqişənin təfərrüatını aydınlaşdırırlar. Qeyd edək