Hadisənin təməli ötən payız Rusiya paytaxtında baş verib. FaktXeber.com-un Mash pablikinə istinadla verdiyi məlumata görə, Suren Vanesyan Moskvada son sürətlə BMW markalı avtomobilini sürüb və qarşı yola çıxıb. Patrul  xidməti qanun pozucunu saxlayıb və protokol yazmağa hazırlaşıblar. Lakin Vanesyanın çox təkidindən sonra  müfəttiş onu 10 min rubl  müqabilində xəbərdarlıqla buraxıb.

Məlum olub ki, major polislə danışığını videoya çəkib. Daha sonra o, polislə əlaqə yaradıb və 2 milyon rubl ödəməyəcəyi təqdirdə videonu paylaşacağı ilə hədələyib.

Müfəttiş şantajçının təzyiqi ilə pulu toplayır. Lakin Vanesyan bununla razılaşmır, «susma haqqı» kimi 12 milyon istəyib. Bu miqdara gücü çatmayacağını görüb, müfttiş hökumətə təslim olub. Polis işdən çıxarılıb, Suren Vanesyan isə şantaja görə saxlanılıb.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=XFIEAbCaXB8

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.