Londonda Hayd-park yaxınlığında sürücü avtomobili piyadaların üzərinə sürüb.
“Report” xəbər verir ki, bu barədə London polisinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində zərərçəkənlərin olduğu, lakin dəqiq saylarının hələ məlum olmadığı bildirilir. Əraziyə polis və “təcili yardım” xidməti əməkdaşları cəlb olunub.
Avtomobilin sürücüsü saxlanılıb. Polis insidetin səbəblərini araşdırır.