Tovuz şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
AvtReyd.Az “Report”a istinadən məlumat verir ki, şəhərin Heydər Əliyev prospektində”Mercedes”, “Opel”, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar var.
Bunlar 1970-cı il təvəllüdlü Babayev Mahir Əsəd oğlu və 1969-cu il təvəllüdlü İsmayılov Yaşar Bayram oğludur.
Hər iki şəxsin müalicəsi davam etdirilir.
Qəza nəticəsində daha bir nəfərin isə yüngül xəsarət aldığı və ona hadisə yerində ambulator yardım göstərildiyi bildirilir.



