Daha bir evakuator sürücüsünün təhlükəli hərəkəti kameraların yaddaşına düşüb.
Xezerxeber.az məlumat verir ki, hadisə Gəncə şəhərində qeydə alınıb.
Oktyabrın 8-də sürücülərdən biri tərəfindən çəkilən və “Xəzər Xəbər”in votsap nömrəsinə göndərilən görüntü Gəncə şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. Görüntüdən aydın olur ki, evakuator sürücüsü hərəkətin inteniv olduğu yolda avtomobili üçün nəzərdə tutulmayan yük maşını aparır. Bu, həm digər hərəkət iştrakçıları, həm də evakuator sürücüsünün özü üçün böyük təhlükədir.
Beləliklə, evakuator sürücüsü iri avtomobil apardığı üçün, yükgötürmə qaydalarını kobud şəkildə pozub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.