Oktyabrın sonlarında güclü geomaqnit qasırğası olacaq. Mütəxəssislər bildirir ki, həmin qasırğa yer kürəsinə təsirsiz ötüşməyəcək. Elektron cihazların fəaliyyətində ciddi dəyişiklik gözlənilir. Qasırğa insan səhhətinə də təsir edəcək. Mütəxəssislərin və həkimlərin qasırğanin zərərlərindən qorunmaq üsulları barədə məsləhətləri var.

Güclü geomaqnit qasırğası gözlənilir.

Bu barədə Rusiyanın “Fobos” hava mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, yaxın günlərdə günəş küləyinin yeni həddə çatması maqnit qasırğasına səbəb olacaq. Bununla əlaqədar oktyabrın 11-12-də, həmçinin oktyabrın 15-də yerin maqnit sahəsində həyəcanlaşma qeydə alınacaq.

Geomaqnit qasırğasının olacağını yerli mütəxəssislər də təsdiqləyir. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyir ki, qasırğa oktyabr ayının ortalarında yox, 24-də və 27-də olacaq.

Qasırğa yer kürəsinə təsirsiz ötüşməyəcək.

Həkimlər də bildirirlər ki, geomaqnit qasırğası meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bu halda həmin insanlar dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidirlər. Müalicə almayan xəstə insanlar isə narahatlıq hiss etdikdə həkimə müraciət etməlidir. Geomaqnit qasırğası sağlam insanların da səhhətində narahtlıq yarada bilər.

Mütəxəssislər həmin günlərdə açıq havada çox gəzməməyi, evdə olduqda isə pəncərləri bağlı saxlamağı məsləhət görür.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.