Yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan və avtomobili olanlar üçün pulsuz parklanma yerləri ayrılacaq. Bununla bağlı artıq müvafiq qanunvericiliyə dəyişiklik də edilib. Bəs bu necə həyata keçiriləcək?

Evlərinin yaxınlığında parkomat quraşdırılara şad xəbər. Artıq parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan və avtomobili olanlar üçün pulsuz parklanma yerləri ayrılacaq və onlara bunun görə, fərdi parklanma talonu da veriləcək. Bunun üçün “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edillib

Fərdi parklanma talonuna dair məlumatlar isə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürüləcək.

Bu dəyşiklik isə ən çox bu kimi problemdən əziyyət çəkənləri sevindirib

Dəyişikliklərin ən qısa zamanda tətbiq ediləcəyi gözlənilir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.