Onu harada isə görmüşəm. eBay hər zaman yeniliklər edir,amma bu dəfə deyəsən bu həqiqətə çevrilib. Bu gün tank haqqında danışacayıq. Bəli, siz səhv eşitmədiniz,eBay satışa  M47 Patton-un əsl tankını cıxardıb.

AvtoReyd.Az-ın məlumatına görə, satışa cıxardılan bu tank, heç vaxt döyüşlərdə iştirak etməyib. Elanda qeyd olunur ki, o Uorrenin (Miçiqan ştatı) şəhərciyində 1955-ci ildə istehsal edilib. 60-cı illərdən  80-ci illərə qədər tank italyan ordusu tərəfindən kirayələndikdən sonra  1989-cu ildə amerika kolleksiyaçısı tərəfindən alınıb.

Şəkillərə əsasən hərbi maşın  heç də yaxşı texniki vəziyyətdə deyil.Satıcının sözlərinə görə, tankın detaları 95%-ə qədər orijinaldır.Amma ən maraqlısı da elə burada başlayır,söhbət qiymətdən gedir.Qiymətə gəldikdə M47 Patton tankı 65 000 dollara təklif olunur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.