Sevastopolda unikal UAZ-3153 aşkar edililib.Avtomobil sahibinin sözlərinə görə,UAZ-dan yalnız gücləndirilmiş çərçivə və kuzov qalıb. Bütün qalanı Nissan Patrol Safari 1995-in buraxılış ilinindən götürülüb.
Yapon yolsuzluq avtomobilindən mühərrik, ötürmə qutusu,körpülər, həmçinin interyerin elementləri,əsası isə qabaq panel götürülüb.
Avtomobilin baza versiyası 2.89-litrlik və UMZ-4218-in 84 at gücünə malik mühərrik ilə təchiz edilir. Əlbəttə, bu turbodizeli ilə müqayisə oluna bilməz.
Zahiri görünüşü bir az dəyişdiriblər. Məsələn, 255/70 R16 ölçüsündə şinlər quraşdırılıb, kəndarlar və bəzi başqa elementlərdə dəyişiliklərə uğrayıb.
Amma ən maraqlı, əlbəttə ki, salonda və kapotun altındadır. Diqqətlə baxsanız UAZ-3153-ə Nissan Patrol-dan qabaq panel yaxşı yaraşır. Baxmayaraq ki, Nissanın 20-dən çox yaşı var , o yolsuzluq avtomobilin daxilində rahatlığı əhəmiyyətli dərəcədə yüksəltdi. Oturacaqlar, yeri gəlmişkən, həmçinin “Patruldan”.