Avtoreyd.Az Gündəm Bakı metrosunun retro vaqonları: 70-ci illərin nostaljisi – VİDEO

Bakı metrosunun retro vaqonları: 70-ci illərin nostaljisi – VİDEO


Bir zamanlar Bakı metrosunda istismar edilmiş retro vaqonlar, artıq yeni görkəmdə sərnişinlərin ixtiyarına verilib. Metronun “İçərişəhər” stansiyasında sərgilənən bu vaqonlar metrodan istifadə edənlərin marağına səbəb olub. Retro vaqonların sərgisi hələ bir neçə gün də davam edəcək.

Kimisi yaxınlaşıb şəkil çəkdirir, kimisi də bu vaqonlara baxıb köhnə xatirələrini yada salır.

Metronun ”İçərişəhər” stansiyasında sərgilənən 3 ədəd retro vaqon buradan istifadə edənlərin marağına səbəb olub.

Sərgilənən Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar adlanır.Bu vaqonlarin istismar müddəti 1983-cü ildə başa çatib. “E” tipli digər vaqonlarin hazirlanmasına isə 1956-ci ildə baslanilib. “E” tipli ilk iki sinaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqi dövründə beş şəhərin – Moskva, Leninqrad, Kiyev, Baki və Tbilisinin metropolitenlərinə göndərilib.Bakı Metropoliteni Qapalı Səhimdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki,bu vaqonları stansiyada sərgiləməkdə məqsəd Metropolitenin 50 illik yubleyi ilə əlaqədar sərnişinlərə nostalji hissi yaşatmaqdır.

Retro vaqonların hər biri Metropoliten tərəfindən bərpa olunaraq sərnişinlərə yenidən təqdim edilib.Nəsimi Paşayev bildirdi ki, növbəti mərhələdə bu vaqonlar da xəttə buraxıla bilər.

Qeyd edək ki, Retro vaqonlar ”İçərişəhər” stansiyasında bir neçə gün də sərgilənəcək.

Related Post

Vətəndaşı ölümdən xilas edən polis və həyatı qurtulan Bakı sakini danışdı – VİDEOVətəndaşı ölümdən xilas edən polis və həyatı qurtulan Bakı sakini danışdı – VİDEO

Bakıda polis əməkdaşının ayıq-sayıqlığı bir insan həyatının xilas edilməsi ilə nəticələnib. Təsəvvür edin, ailə üzvləri onun yatdığını zənn ediblər, qapı döyülüb və eşitdikləri qarşısında dəhşətə gəliblər. Xezerxeber.az məlumat verir ki,