Şəkidə inzibati xəta törətdiyi üçün cərimə olunmuş, lakin cərimə ödənişini gecikdirmiş sürücülərə qarşı reyd keçirilib.

AvtoReyd.Az “Report”a istinadən verdiyi məlumatına görə, 3 saat ərzində keçirilən reyd zamanı 100-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, qayda pozan 30-a yaxın sürücü isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimələniblər.

Reyd zamanı digər qaydaları pozan sürücülər də inzibati qaydada cərimə olunub, iki sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Şəki DYPB-dən verilən məlumata görə, cərimələri ödəməyən sürücülərə qarşı bu cür reydlər davam etdiriləcək.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.