Avtoreyd.Az Gündəm Metronun “Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılır

Metronun “Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılır


Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq.

Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

AvtoReyd.Az

Related Post

“Baku Bus”ın sürücüsündən sərnişinlərə hörmətsizlik – Dayanacaqda saxlamır (VİDEO)“Baku Bus”ın sürücüsündən sərnişinlərə hörmətsizlik – Dayanacaqda saxlamır (VİDEO)

99-JH-206 dövlət nömrə nişanlı “Baku Bus” şirkətinə məxsus sərnişin avtobusu dayanacaqda dayanmaqdan imtina edib. AvtoReyd.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, sərnişinlərdən birinin göndərdiyi görüntülər “Azadlıq” metrosunun yaxılığında lentə alınıb. Sərnişin avtobusunun