Goranboyda qatı duman nəqliyyatın hərəkətində problem yaradıb.

AvtoReyd.Az-ın məlumatına görə, gün ərzində rayon ərazisində müşahidə olunan dumanlı hava şəraiti axşam saatlarından etibarən daha da kəskinləşib.

Qatı duman səbəbindən rayon ərazisində, Bakı-Qazax magistral yolunun Goranboydan keçən hissəsində, həmçinin Tərtər, Naftalan istiqaməti ilə gedən avtomobillərin hərəkətində çətinlik yaradıb. Nəticədə sürücülər maşınların sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar.

Goranboyun bir neçə kənd yollarında görüntü son dərəcə məhdudlaşdığı üçün bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.