Hadisə

Sərxoş sürücü avtomobilini yanacaqdoldurma məntəqəsinə çırpdı – VİDEO

Bakının Nizami rayonunda sürücünün sərxoş olması yol qəzasına səbəb olub.

AvtoReyd.Az “ARB TV”-yə istinadən xəbər verir ki, 28 yaşlı Samir Rzayev “BMW” markalı avtomobillə Elşən Süleymanov küçəsi boyu hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxıb və əvvəlcə yol kənarındakı səkiyə, daha sonra isə Rüstəm Rüstəmov küçəsindəki yanacaqdoldurma məntəqəsinin beton divarına çırpılıb. Nəticədə sürücü Samir Rzayev və onun sərnişini, 28 yaşlı Yavər Ağayev xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Onlardan Yavər Ağayevin vəziyyətinin ağır olduğu deyilir.

Əraziyə cəlb olunmuş Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücü Samir Rzayevin sərxoş halda sükan arxasına əyləşdiyini müəyyən ediblər.

Fakt araşdırılır.

http://www.youtube.com/watch?v=S3TClX2l7RM

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.