Əldə edilən vəsait dörd xeyriyyə layihəsinə yönəldiləcək.
Avtoreyd.az bildirir ki, İtaliyanın Lamborghini avtomobili istehsal edən şirkəti Roma Papası Fransiska idman maşını hədiyyə edib. Lakin pontifik avtomobili hərracda satmağa qərar verib. Satışdan gələn pul xeyriyyəçiliyə sərf olunacaq.
Şirkət Roma Papasına kuzov və güzgülərində qızıl zolaqlar olan ağ rəngli xüsusi model Huracan hədiyyə edib. Papa Fransısk avtomobilin kapotunda öz imzasını da qoyub. Avtomobil satış üçün Sotheby’s hərrac evinə göndəriləcək. Belə maşın, adətən, təxminən 200 min avro dəyərində olur. Amma bu model, görünür, baha satılacaq.