Almaniyanın ən böyük avtomobil şirkətlərindən biri olan “Mercedes” 12 mindən çox avtomobili geri çağırıb.

AvtoReyd.Az xarici KİV-ə istinadən xəbər verir ki, buna avtomobillərin təhlükəsizlik yastığında yaranan problem səbəb olub.

Məlumata əsasən, şirkət 2011-2017-ci illəri əhatə edən “Mercedes-Benz” С/Е və GLK seriyalarından olan avtomobilləri geri çağırır.

Problemlər Rusiyaya ixrac olunan avtomobillərdə aşkar olunub.

Nasazlıq şirkət tərəfindən pulsuz olaraq aradan qaldırılacaq.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.