Avtoreyd.az  bildirir ki, Southwest Airlines loukosterinin əməkdaşı amerikalı Nicholas Demore  sərnişinlər üçün təlimatı fərqli üsulla, seksual rəqs etməklə  izah edib. Nicholas Demore öz rəqsində təhlükəsizlik kəməri, oksigen maskası və xilasedici  jiletdən istifadə edib.

Sərnişinlərdən biri tərəfindən lentə alınan qeyri-adi video sosial şəbəkədə qısa müddət ərzində 60 minə yaxın baxış toplayıb.

Qeyri-standart təlimat sərnişinlərin çox xoşuna gəlib. Southwest Airlines-ın nümayəndələri Nikolası tərifləyərək qeyd ediblər ki, şirkətin bütün əməkdaşları “işlərinə şən yanaşmayla” fərqlənir.

http://www.youtube.com/watch?v=bg651QHAGCc

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.