Avtoreyd.az Boston Dynamics-in mütəxəssisləri insan kimi vertikal şəkildə gəzən Atlas adlı robota salto yerinə yetirməyi öyrədiblər. Onun yeni qabiliyyətini nümayiş etdiyi videoçarx isə şirkətin YouTube kanalında dərc edilib.

Videoda robot platformadan platformaya tullanaraq maneələr  zolağını keçir. Çarxın sonunda Atlas müvəffəqiyyətlə geriyə salto yerinə yetirir. Həmçinin mütəxəssislər robotun uğursuzluqlarının əks olunduğu kadrları da videoya daxil ediblər.

Iki ayağı üstə hərəkət edən insanabənzər robot olan Atlas, əlində yük daşıya bilir, eyni zamanda şaquli (vertikal) vəziyyətdə olan maneələrə də dırmaşır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.