Avtoreyd.Az Avtoxəbər Fransada Formula-1 bolidlərinin qəbiristanlığı tapılıb (Fotolar)

Fransada Formula-1 bolidlərinin qəbiristanlığı tapılıb (Fotolar)


Avtoreyd.az bildirir ki, Fransada ötən əsrin 80-ci illərinin sonlarına və 90-cı illərinin əvvəllərinə aid Formula-1 yarışmasının bolid qəbiristanlığı aşkarlanıb. Burada “Ferrari”, “Lotus”, “Ligier” və çempion “Benetton”unun köhnə modellərini görmək olar.

Qeyd olunur ki, Formula-1 yarışında iştirak edən bolidlərlə, burada tapılan bir çox avtomobillərin rəngi və nömrələri uyğun gəlmir. Ehtimal ki, bu hansısa muzeyə və ya şəxsi kolleksiyaçıya aid maketlərdir.

Bütün maşınlar pis vəziyyətdədir. Onlar mamırla örtülüb, boyası tökülüb, təkərləri isə boşalıb. Avtomobillərin hansı səbəbdən bu hala düşməsi isə məlum deyil.

Related Post