Avtoreyd.az BBC News-a istinadən bildirir ki, Əbu-Dabidən olan yeniyetmə Birləşmiş Ərəb Əmirliklərində baş tutan hərracda 400 min dollara avtomobil nömrəsi alıb.

Əbu-Dabidə yerli polisin təşkil etdiyi hərracda “1111” nömrəsini 12 yaşlı Khalifa Al Mazrouei alıb. Əldə etdiyi nömrənin alınması üçün tələb olunan məbləğin 136 min dollarını 12 yaşlı ərəbin özü ödəyib.  Qalan hissəsini isə düzəltməyə  ona  atası yardım edib. Qeyd edək ki, 12 yaşlı Khalifa Al Mazrouei bu məbləği Quranın qiraəti üzrə keçirilən müsabiqədə udub.

BBC News nəşri bildirir ki, çox güman ki, aldığı nömrəni 12 yaşlı oğlan sürücünün onu məktəbə apardığı şəxsi Mercedesinə quraşdıracaq. Belə ki, 18 yaşı olmadığı üçün Khalifa Al Mazrouei müstəqil şəkildə avtomobil idarə edə bilmir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.