Avtoreyd.az bildirir ki, Nyu-Yorkun taksi sürücüləri növbəti il üçün təqvim buraxıblar. 2018-ci ilə aid təqvim məşhur qlamur şəkillərə və tanınmışların plakatlarına bir növ yumoristik parodiyadır. Təqvimin dəyəri 15 dollardır.
Satışdan əldə edilən bütün vəsait Nyu-Yorkun immiqrantlara və kasıb ailələrə yardım göstərən ən qədim xeyriyyə müəssisəsinin fonduna köçürüləcək.
Qeyd edək ki, bütün personajlar Nyu-Yorkda çalışan real taksi sürücüləridir.