Bakının Qaradağ rayonu ərazisində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində “Howo” markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov

1964-cü il təvəllüdlü Rəhim Səlimov

1966-cı il təvəllüdlü Ulduz Sultanova

1970-ci il təvəllüdlü Xuraman Məmmədova

1975-ci il təvəllüdlü Ağayev İlqar

1980-ci il təvəllüdlü Ramiz Məmmədov

1982-ci il təvəllüdlü Aytəkin Məmmədova

1982-ci il təvəllüdlü Vadim Mütəllibov

1983-cü il təvəllüdlü Atayev Elnur

1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.