Avtoreyd.az  bildirir ki, Yaponiyanın Naqasaki şəhərində bütün əməkdaşları robotlar olan dünyada ilk mehmanxana fəaliyyət göstərir. Müştərilərin qeydiyyatı masası arxasında xanım-robot, dinozavr və kiçik android xidmət göstərir. Onlar nömrəyə yerləşməyi izah edir və ödəniş qəbul edirlər. Amma maşınlar yalnız iki dildə danışır.

Qapıçı-robot isə müştərinin əşyalarını nömrəyə çatdırır, amma apartamentin özündə çamadanları avtomatlaşdırılan əl açır və içindəkiləri dolablara yerləşdirir.

Bu mehmanxanada açar yerinə müştərinin üzünün tanınması sistemi çalışır. Hər nömrənin yanında zanbaq formasında kiçik cihaz var, hansı ki, mehmanxanada bütün yerləşmə zamanı boyunca qonaqların hər bir hərəkətini qeydə alır.

O işığı yandırıb-söndürür, hava proqnozu haqda məlumat verir, həmçinin zəngli saatı qura bilir.

http://https://www.youtube.com/watch?v=SuNl_sAv1OM

http://www.youtube.com/watch?v=YHmU21BmJ2Y

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.