Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərinin istehsalına başlanılması planlaşdırılır.

AvtoReyd.Az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan bürosu məlumat yayıb.

Qeyd edilir ki, layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir.

Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir.

Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobilləri yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.