Abşeron rayonu ərazisində piyadanı avtomobil vurub. APA TV xəbər verir ki, avtoqəza Masazır qəsəbəsində baş verib.

Məlumata görə, 1975-ci il təvəllüdlü İbrahimli Arzu Əvəz qızı yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobilin zərbəsilə üzləşib. Əraziyə təcili tibbi yardım xidməti çağırılıb və xəsarət almış piyada ilə yanaşı, hadisə nəticəsində bərk qorxmuş sürücü özü də 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlər sürücüdə müvəqqəti şok vəziyyəti aşkar edib. Ona tibbi yardım göstərildikdən sonra Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

http://www.youtube.com/watch?v=kj1Q7-7rN60

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.