Avtoreyd.az bildirir ki, Hindistanın Uttar-Pradeş ştatında uzunqulaq sürüsü həbsxanaya salınıb. 8 heyvan həbsxana binası ətrafında əkilən bahalı bitkiləri yeməkdə ittiham olunublar.
Uzunqulaqları yerli siyasətçilərdən birinin müdaxiləsi nəticəsində dörd gün sonra azad ediblər.
“Dəfələrlə bizim uzunqulaqların sahibinə xəbərdarlıq etməyimizə baxmayaraq, o, heyvanlara bu ərazidə otlamağa şərait yaradırdı. Onda biz də belə qeyri-adi addım ataraq, uzunqulaqları həbs etdik”, – həbsxana müdiri belə deyib.
Qeyd edək ki, 8 uzunqulaq yalnız yerli siyasətçinin işə qarışaraq qoyduğu girov qarşılığında sərbəst buraxılıb.