Avtoreyd.Az Avtoxəbər Subaru-dan qeyri-adi təqdimat: 8 oturacaqlı Ascent yolsuzluq avtomobilinin sükanı arxasına it əyləşdirməklə, meydana çıxdılar (Video)

Subaru-dan qeyri-adi təqdimat: 8 oturacaqlı Ascent yolsuzluq avtomobilinin sükanı arxasına it əyləşdirməklə, meydana çıxdılar (Video)


Avtoreyd.az bildirir ki, yaponiyalı avtomobil istehsalçısı Subaru, Los-Ancelesdə beynəlxalq avtosərginin açılışı ərəfəsində 8 oturacaqlı  Ascent yolsuzluq avtomobilinin seriya versiyasının, qeyri-adi premyerasını təşkil edib. Xatırladaq ki, bu model dekabrın 1-də start götürəcək avtosərgidə ziyarətçilərə təqdim ediləcək.

Videodan da görünür ki, pavilyonda şirkətin stendinə yaxınlaşan avtomobildə bir köpək sürücü kreslosunda, digəri isə sərnişin oturacağında əyləşib.

Ascent-in ümumi uzunluğu 4998 millimetr, oxları arasındakı məsafə isə 2890 millimetrdir. Model 260 at gücünə bərabər 2,4 litrlik benzin mühərrikiylə təchiz edilib.

İstehsalçının məlumatına görə, Ascent yolsuzluq avtomobili 2250 kiloqrama qədər olan kütləni yedəyə ala bilir, dolu yanacaq çəni isə 800 kilometrə qədər məsafəni qət etməyə imkan verir. Avtomobilin salonunda 19 stəkanaltı və butulkalar üçün altlıqlar var.

İlkin məlumatlara görə, yolsuzluq avtomobilinin start qiyməti 30 min dollardan bir az artıq olacaq.

Qeyd edək ki, Ascent yapon şirkətinin ABŞ-ın,  İndiana ştatının, Lafayet şəhərində yerləşən zavodunda istehsal ediləcək.

Related Post

Paytaxtın Yusif Səfərov küçəsində çəkilən avtobus zolağının tələblərinə riayət olunmur-VideoPaytaxtın Yusif Səfərov küçəsində çəkilən avtobus zolağının tələblərinə riayət olunmur-Video

Əslində həmin zolaqda yalnız marşrut xətti üzrə hərəkət edən avtobusların hərəkətinə icazə verilir. Ancaq digər nəqliyyat vasitələri də həmin yolda rahatlıqla hərəkət edir. Halbuki minik avtomobillərinin bu yolda hərəkət etməsinin