Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, yüksək sürətlə hərəkət etdiyi bildirilən “KİA” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Məlumata görə, sürücü həmin vaxt dönmə əməliyyatı etmək istəyib. Nəticədə zərbədən işıq dirəyini aşıran avtomobil özü də torpaq sahəyə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəzadan sonra sürücü avtomobilin dövlət nömrə nişanlarını açaraq ərazidən uzaqlaşıb. YPX əməkdaşları da hadisə yerində olub. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəza yüksək sürət və yolun sürüşkən olması səbəbindən baş verib.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=DSMLZi45wO8

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.